İDMAN


Azərbaycan Premyer Liqası: “Qarabağ” “Neftçi”yə qalib gəlib

Bakı, 1 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan derbisində Ağdamın “Qarabağ” klubu “Azərsun Arena”da “Neftçi”ni qəbul edib.

Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Kadi Borges (57), Abdullah Zubir (68) və Kvabena Ovusu (74) fərqləniblər. “Ağ-qaralar”ın yeganə qolunu isə Eddi İsrafilov (24) vurub.

“Qarabağ” bu qələbə ilə vahid liderliyə yüksəlib. “Neftçi” isə 18 xalla ikinci yerdə qərarlaşıb.

Bu gün, həmçinin Tovuz şəhər stadionunda "Zirə" komandası "Turan Tovuz"a 3:1 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı meydan sahibləri açıb. Natan Oduva 26-cı dəqiqədə fərqlənib. "Zirə"nin qollarını isə Coşqun Diniyev (33) və Hamidu Keyta (40, 47) vurublar.

Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.