İDMAN


Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Keşlə”ni böyük hesabla məğlub edib

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 3-də Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" klubunun heyətində Mahir Mədətov oyunun 6, 53 və 78-ci dəqiqələrdə fərqlənməklə “het-trik” edib. Komandanın digər qollarını isə 50-ci dəqiqədə Filip Ozobiç və 55-ci dəqiqədə Abdullah Zubir vurub. "Keşlə"nin yeganə qoluna isə 21-ci dəqiqədə Slavik Alxasov imza atıb.

Turnir cədvəlində ikinci pillədə qərarlaşan son ölkə çempionu bu qələbədən sonra xallarının sayını 27-ə çatdırıb. "Keşlə" isə 9 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Zirə" ilə heç-heçə edib - 0:0. Dekabrın 1-də keçirilmiş oyunlarda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.