İDMAN


Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Keşlə”ni məğlub edib

Bakı, 20 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnir cədvəlinin lideri “Qarabağ” klubu “Keşlə”ni qəbul edib. “Azersun Arena”dakı matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda qapıçı ilə təkbətək epizodda fərqlənə bilməyən Ramil Şeydayev 49-cu dəqiqədə qələbə qolunu vurub. Bu nəticədən sonra xallarının sayını 26-ya çatdıran “köhlən atlar” liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu isə 10 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Sabah” oyunları noyabrın 20-də, “Qəbələ” – “Sumqayıt” qarşılaşması isə noyabrın 21-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.