İDMAN


Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Sabah” üzərində inamlı qələbə qazanıb

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Azərsun Arena"da "Qarabağ" klubu "Sabah" komandasını qəbul edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:1.

Hesabı 16-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir açıb. Matçın 27-ci dəqiqəsində Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, oyunun 35-ci dəqiqəsində Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.

Fasilədən sonra "Qarabağ" daha üç qol vurub. Qarşılaşmanın 51-ci dəqiqəsində Abdullah Zubir dubl edib. Matçın 77-ci və 90-cı dəqiqələrində isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra xalını 30-a çatdıran "Qarabağ" liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. "Sabah" isə 5 oyundan sonra yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi ilə ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Keşlə" evdə "Səbail" üzərində qələbəni əldən verib - 2:2.

Tura dekabrın 5-də keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.