İDMAN


Azərbaycan Premyer Liqası: “Qarabağ” qələbə qazanıb

Bakı, 22 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 22-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun günündə son çempion “Qarabağ” öz meydanında “Sabah” komandasını qəbul edib.

“Azərsun Arena” stadionunda baş tutan görüşdə “Qarabağ” 2:0 qələbəsi ilə qalib gəlib.

Oyunda hər iki qolun müəllifi Mahir Əmrəli (45, 68) olub.

Qeyd edək ki, turun ilk oyun günündə "Keşlə" səfərdə "Sumqayıt"ı minimal hesabla üstələyib - 1:0.

“Neftçi” isə öz meydanında “Səbail”dən üstün olub - 2:1.

Avqustun 23-də "Qəbələ" - "Zirə" oyunu ilə birinci tura yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.