İDMAN


Azərbaycan Premyer Liqası: “Qəbələ” doğma meydanında məğlub olub

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, əyalət təmsilçisi “Qəbələ” komandası doğma meydanda “Sabah” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. Görüşün 20-ci dəqiqəsində Coy-Lens Mikels fərqlənib. Qoldan 20 dəqiqə sonra Fofana Tiemoko hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmanın 63-cü dəqiqəsində Aleksey İsayev baxımlı qolla əyalət təmsilçisini topu oyuna üçüncü dəfə meydanın mərkəzindən başlamağa məcbur edib. Matçdan son nöqtəni 69-cu dəqiqədə İsnik Alimi qoyub. On bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu oyunda komandasının təsəlli qolunu vurub – 1:3

Beləliklə, ölkə çempionatının cari mövsümündə ardıcıl ikinci qələbəsini qazanan “Sabah” 7 xalla sonuncu pillədə qərarlaşıb. Aktivində 15 xal olan “Qəbələ” isə üçüncü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk oyun günündə “Zirə” evdə “Keşlə”ni 2:0, “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib. Tura “Sumqayıt” – “Səbail” görüşü ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.