İDMAN


Azərbaycan Premyer Liqası: “Qəbələ” komandası öz meydanında “Sumqayıt”a məğlub olub

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının ilk turunda “Qəbələ” komandası avqustun 17-də öz meydanında “Sumqayıt”ı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaq komanda 2:0 hesabı ilə qalib gəlib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi görüşdə “qırmızı-qaralar”ın qapısına hər iki qolu matçın 12-ci və 28-ci dəqiqələrində “Sumqayıt”ın yeni transferi Mehdi Şərifi vurub.

Qeyd edək ki, on beşinci dəfə Sumqayıt şəhərinin təmsilçisini qonaq edən “Qəbələ” indiyədək öz meydanında bu rəqibə uduzmamışdı. Ümumilikdə bu komandalar indiyədək 29 dəfə üz-üzə gəlib. Bunlardan 18-də “Qəbələ”, 3-də isə qonaqlar meydanı üç xalla tərk edib. Səkkiz qarşılaşmada isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, avqustun 16-da ölkə çempionatında turun açılış matçında sonuncu çempion “Qarabağ” komandası “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib.

Birinci tur çərçivəsində avqustun 18-də “Səbail” və “Zirə”, bir gün sonra isə “Neftçi” və “Sabah” kollektivləri qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.