İDMAN


Azərbaycan Premyer Liqası: “Sabah” cari mövsümdə ilk qələbəsini qazanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər iki qol fasilədən sonra vurulub. Matçın 60-cı və 83-cü dəqiqələrində Fofana Tiemoko, 79-cu dəqiqədə isə Ceyhun Nuriyev fərqlənib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qalibiyyəti olub. Oyunun 11-ci dəqiqəsində qonaqların heyətində Murad Xaçayev birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşmanın 43-cü dəqiqədə isə "Sabah"ın yarımmüdafiəçisi Petar Şkuletiç zədələnərək meydanı tərk edib.

Üç gün öncə Ramin Quliyevi istefaya göndərən "Sabah"ı bu oyuna baş məşqçi qismində klubun idman direktoru İqor Ponomaryov çıxarıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran "Sabah"ın mövqeyi dəyişməyib və komanda sonuncu pillədə qalıb. "Sumqayıt" isə 8 xalla 5-cidir.

Qeyd edək ki, günün ikinci oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.