İDMAN
Azərbaycan Premyer Liqası: “Sabah” komandası “Zirə”yə qalib gəlib
Bakı, 27 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan çempionatının 9-cu turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçı “Əlincə Arena”da keçirilib. Meydan sahibi “Sabah” komandası “Zirə”ni qəbul edib. Görüş “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu dəqiq zərbə ilə tamamlayıb – 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Qarşılaşmanın ikinci hissəsində zirəlilər hesaba tarazlıq gətirib. Belə ki, Pərdis Fərcad-Azadın ötürməsini Tellur Mütəllimov qola çevirib. Vurulan qoldan sonra irəli atılan meydan sahibləri oyunun 90-cı dəqiqəsində qələbə topunu vurmağa nail olub. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan Cavid İmamverdiyev oyunda son nöqtəni qoyaraq yekun nəticəni müəyyənləşdirib.
Bu qələbədən sonra “Sabah” xallarının sayını 16-ya çatdırıb. “Zirə”nin isə 4 xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]