İDMAN


Azərbaycan Premyer Liqası: “Səbail” “Keşlə”ni məğlub edib

Bakı, 15 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə "Keşlə" klubu "Səbail"i qəbul edib.

Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. "Səbail"in hər iki qolunu Mirabdulla Abbasov vurub. "Keşlə"dən isə Lorenzo Frutos fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.