İDMAN


Azərbaycan Premyer Liqası: “Səbail” klubu “Keşlə”ni məğlub edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 9-cu turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da oynanılan oyunda “Keşlə” klubu “Səbail”in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Dənizçilər”in hər iki qolu birinci hissədə vurub. İyirmi dördüncü dəqiqədə Yevgeni Koçuk Tural Axundova qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Bundan 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərdi ustalığı sahəsində üç müdafiəçini keçərək hesab arasındaki fərqi iki topa çatdırıb.

İkinci hissədə isə qonaqlar üstün tərəf olublar. Buna 49-cu dəqiqədə Koçukun ikinci sarı vərəqədən sonra azlıqda qalması da təsirsiz ötüşməyib. “Keşlə”nin təsəlli qolunu 90+2-ci dəqiqədə Denis Silva vurub.

Beləliklə, rəqibinə ilk dövrədəki hesabla qalib gələn “Səbail” xallarını 16-ya çatdırıb və “Sabah”la 3-4-cü yerləri bölüşür. Beş xala malik “Keşlə” isə 7-ci pillədə qalıb.

Qeyd edək ki, bu klublar arasında çempionat oyunlarında tərəflər hərəyə 2 qələbə qazanmaqla yanaşı, bir matçda da heç-heçə ediblər. “Səbail” ötən tur “Qarabağ”a bir cavabsız qolla uduzsa da, əsasnamənin tələblərini pozan Ağdam klubuna texniki məğlubiyyət verilib. “Keşlə” isə cari mövsümdə ilk qələbəsini ötən həftə “Zirə”ni məğlub etməklə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.