İDMAN


Azərbaycan Premyer Liqası: “Səbail” səfərdə “Sumqayıt” klubunu məğlub edib

Bakı, 24 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış görüşü “Kapital Bank Arena” stadionunda oynanılıb. “Sumqayıt” klubu “Səbail” komandasını qəbul edib. Görüş paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş məşqçi Aftandil Hacıyevin yetirmələrinin heyətində Ağabala Ramazanov (10, 69) və Şəhriyar Rəhimov (51) fərqləniblər.

Xatırladaq ki, mövsümün ilk turunda “Səbail” öz meydanında “Zirə”ni (1:0), “Sumqayıt” isə səfərdə “Qəbələ” komandasını (2:0) məğlub etmişdi.

Turun digər oyunları avqustun 25-26-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.