İDMAN
Azərbaycan Premyer Liqası: Səkkizinci turun oyun cədvəli açıqlanıb
Bakı, 15 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının VIII turun oyunlarının vaxtı müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, səkkizinci turun oyunları iki günü əhatə edəcək.
Mərkəzi qarşılaşma hesab olunan “Qəbələ” – “Neftçi” görüşü oktyabrın 20-də saat 17:00-da start götürəcək. Həmin gün keçiriləcək “Qarabağ” – “Səbail” oyunu isə saat 19:00-da başlayacaq.
Turun digər iki oyunu isə oktyabrın 21-də baş tutacaq. “Sumqayıt” – “Sabah” matçı saat 17:00-da, “Keşlə” – “Zirə” oyunu isə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yeddi turdan sonra turnir cədvəlinə 19 xalla “Neftçi” klubu başçılıq edir. Bir oyun az keçirən Ağdamın “Qarabağ” klubu 16 xalla ikinci, aktivlərində 10 xal olan debütant “Sabah” və “Sumqayıt” klubları üçüncü və dördüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq “Səbail” (8), “Zirə” (5), “Qəbələ” (5) və “Keşlə” (2) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]