İDMAN
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"ı məğlub edərək turnir cədvəlində beşinci pilləyə yüksəlib
Bakı, 4 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 5-ci dəqiqədə Ceyms Adeniyi açıb. Bundan 10 dəqiqə sonra isə Stiven Monroz "Qəbələ"nin ikinci qolunu vurub. "Sabah" təsəlli qoluna 52-ci dəqiqədə imza atıb. Bəxtiyar Soltanov fərqi azaltsa da, komandanın bundan artığına gücü çatmayıb.
Bu qələbə sayəsində xallarını 12-yə çatdıran "Qəbələ" 5-ci pilləyə yüksəlib. "Sabah" isə 16 xalla 3-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Neftçi" səfərdə "Keşlə"ni 1:0, "Qarabağ" evdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. Tura hazırda oynanılan "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]