İDMAN


Azərbaycan Premyer Liqası: "Qəbələ" səfərdə "Keşlə"ni məğlub edib

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun ikinci oyun gününün yeganə matçında "Keşlə" klubu "Qəbələ"ni qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qol 23-cü dəqiqədə qeydə alınıb. "Qırmızı-qaralar"ın heyətində Ruan Renato fərqlənib. Yeddi dəqiqə sonra "Qəbələ"nin kapitanı Asif Məmmədov fərqi iki topa çatdırıb. Matçın 38-ci dəqiqəsində "Keşlə"nin portuqaliyalı legioneri Aldair Neto fərqi azaltsa da, 59-cu dəqiqədə İsnik Alimi əyalət təmsilçisinin üçüncü qolunu vurub.

69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Stefan Vukçeviç ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Qarşılaşmanın 90+7-ci dəqiqəsində Amil Yunanov "Keşlə"nin təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.

Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.