İDMAN
Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub

Bakı, 28 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022-2023-cü il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun sonuncu matçında çempion “Qarabağ” “Turan Tovuz”u qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Oyunda “Qarabağ”ın heyətində Redon Cica, Leandro Andrade və Musa Qurbanlı, rəqib komandadan isə Runi Eva fərqləniblər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” səfərdə “Sumqayıt”ı üç cavabsız qolla üstələyib. “Qəbələ” “Kəpəz”lə heç-heç edib - 1:1. “Səbail” “Şamaxı”nı, “Neftçi” “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 28.09.2023 [17:52]
“Gəncə” klubunun yeni baş məşqçisi: Bu şəhərə layiq komanda quracağıq
- 28.09.2023 [17:23]
Apellyasiya Arbitraj Tribunalı “Zirə” klubunun şikayətini qismən təmin edib
- 28.09.2023 [13:27]