İDMAN
Azərbaycan Premyer Liqasında “İnter”-“Sumqayıt” oyunu heç-heçə başa çatıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Topaz Premyer Liqasının V turuna “İnter”-“Sumqayıt” oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, baş hakim Ramil Diniyevin idarə etdiyi matç 1:1 hesabı ilə başa çatıb. Görüşün 11-ci dəqiqəsində “İnter”in oyunçusu Sərtan Taşkın hesabı açıb. İlk hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsinin əvvəlində “Sumqayıt” klubu hesabı bərabərləşdirib. Oyunun 49-cu dəqiqəsində Rəşad Eyubov fərqlənib – 1:1.
Günün digər görüşündə isə “Neftçi” komandası “Zirə” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]
Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər
- 19.04.2024 [12:07]
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
- 19.04.2024 [11:30]