İDMAN


Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib

Bakı, 6 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi “11-lik”də “Qarabağ”ın 7, “Zirə”nin 2, “Neftçi” və “Sabah”ın hər birindən bir futbolçu yer alıb.

Ağdam təmsilçisinin qapıçısı Səlahət Ağayev 7-ci, “Sabah”ın hücumçusu Marko Deviç 5-ci, Filip Ozobiç (“Qarabağ”) isə 4-cü dəfə həftənin komandasına seçiliblər. “Qarabağ”dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov, “Zirə”dən İlkin Qırtımov üçüncü, Miloş Radivoyeviç (“Zirə”) və Ansi Aqolli (“Qarabağ”) iki dəfə rəmzi komandada yer alıblar. “Qarabağ” klubunun futbolçuları Dani Kintana və Qara Qarayev isə ilk dəfə Azərbaycan Premyer Liqasının rəmzi komandasına daxil ediliblər.

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIII turunun ən yaxşı futbolçusu da məlum olub. Bu, “Qarabağ”ın futbolçusu Mahir Mədətovdur. O, “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına üç qolla yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.