İDMAN


Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub

Bakı, 9 may, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda "Qarabağ" klubu "Səbail"in qonağı olub. Masazırda "Bank Respublika Arena"dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 28-ci dəqiqədə Abdullah Zubir açıb. Dörd dəqiqə sonra Mahir Emreli qüvvətli zərbə ilə fərqi artırıb. Matçın 41-ci dəqiqəsində Xayme Romero 3-cü topu meydan sahiblərinin qapısından keçirib. İlk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Maksim Medvedev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib. "Sabah" isə 25 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" evdə "Qəbələ" ilə qolsuz heç-heçəyə razılaşıb. Ötən gün keçirilən matçlarda "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" isə "Səbail"i 4:0 hesabı ilə məğlub edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.