İDMAN
Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib
Bakı, 25 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – oktyabrın 27-də “Azərsun Arena”da “Qarabağ” klubu “Səbail”i qəbul edəcək.
Turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti qarşılaşmasında “Zirə” və “Qəbələ” klubları Zirə İdman Kompleksinin stadionunda üz-üzə gələcəklər.
Turun son günündə “Bakcell Arena”da “Neftçi və “Sumqayıt” klubları qarşılaşacaqlar.
Qeyd edək ki, turnir cədvəlinə isə 19 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ”də 19-xalı olmasına baxmayaraq ikinci pillədədir. Üçüncü yerdə 18 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (13), "Neftçi" (10), "Səbail" (9), "İnter" (8) və "Kəpəz"(4) yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]