Azərbaycan Premyer Liqasında mövsümün antirekordu qeydə alınıb
AzerTAg.az
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XI turunda 5 qol vurulub.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Neftçi” – “Zirə” qarşılaşması qolsuz bitsə də, “Sumqayıt” – “Qəbələ” matçı 0:1, “Səbail” – “Qarabağ” və “Keşlə” – “Sabah” görüşləri 1:1 hesabı ilə nəticələnib. Turun orta məhsuldarlığı 1,25-ə bərabər olub. Bu, cari mövsümün ən aşağı məhsuldarlığıdır. Sonuncu dəfə belə göstərici 2017-2018-ci il mövsümündə qeydə alınıb. 2018-ci il fevralın 10-11-də keçirilən XV turda da indiki kimi 4 matçda 5 qol vurulub və orta göstərici 1,25-ə bərabər olub.
Qeyd edək ki, daha aşağı məhsuldarlıq 2016-2017-ci il mövsümündə rəsmiləşib. 2017-ci il martın 13-14-də keçirilən XXII turun 4 matçında cəmi 4 qol vurulub. Həmin vaxt orta göstərici 1,00-ə bərabər olub.

Xəbərin mətnində orfoqrafik səhv var