İDMAN


Azərbaycan Premyer Liqasında onuncu turun rəmzi komandası açıqlanıb

Bakı, 6 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun rəmzi komandası müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, rəmzi komandada son ölkə çempionu “Qarabağ”dan 6, “Qəbələ”dən 3, “Neftçi”dən 2 futbolçu yer alıb.

“Neftçi”dən Mirabdulla Abbasov beşinci, “Qəbələ”dən Sabian Lilay və “Qarabağ”dan Abbas Hüseynov üçüncü dəfə həftənin komandasına seçiliblər. “Qəbələ”dən Stiven Monroz, Təmkin Xəlilzadə, “Neftçi”dən Tural Axundov, “Qarabağ”dan isə Rahil Məmmədov, Simeon Slavçev və Con Delarj ikinci dəfə rəmzi komandanın “11-liy”də yer alıblar.

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson və müdafiəçi Bədavi Hüseynov ilk dəfə rəmzi komandada qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.