İDMAN


Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-24-ü aralığında start götürə bilər

Bakı, 29 iyun, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-24-ü aralığında start götürə bilər.

AZƏRTAC xəbər verir ki, Peşəkar Futbol Liqası və AFFA hazırda bununla bağlı məsləhətləşmələr aparır. Cari mövsümü vaxtından əvvəl yekunlaşdıran hər iki qurum gələn çempionatı o qədər də yubatmaq fikrində deyil. Yenə də hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılıdır. Hazırkı qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejimi avqustun 1-dək qüvvədədir. Bu müddət uzadılmasa, Premyer Liqa klubları göstərilən tarixdə yenidən məşqlərə başlaya biləcəklər. Artıq onlara şifahi şəkildə bildirilib ki, hazırlıq planlarını buna uyğun şəkildə qursunlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.