İDMAN


Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümünün püşkü atılıb

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də AFFA-nın inzibati binasında Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Topaz Premyer Liqası klublarının, futbol ictimaiyyətinin və mətbuat nümayəndələrinin iştirak etdikləri tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verib, klublara uğurlar arzulayıb.

Püşkün nəticəsinə əsasən, Topaz Premyer Liqasının birinci turunda “İnter” – “Qəbələ”, “Neftçi” – “Qarabağ”, “Zirə” – “Səbail”, “Sumqayıt” – “Kəpəz” komandalarının oyunları keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasına avqustun 11-də start verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.