İDMAN


Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub

Bakı, 28 iyun, AZƏRTAC

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və futbol veteranı Rüstəm Rəhimov iştirak ediblər.

Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi Elçin Məsiyev və referi köməkçisi Namik Hüseynov layiq görülüblər.

Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsinin və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin ötən ilin yanvarında keçirilmiş iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.