İDMAN
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə ilk qolsuz oyun keçirilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə ilk qolsuz oyun keçirilib. Bu, V tura təsadüf edib.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündəki “Sumqayıt” – “Qəbələ” görüşü 0:0 hesabı ilə başa çatıb. Cari mövsümün əvvəlki 19 qarşılaşmasında 4 bərabərlik qeydə alınsa da, onların üçündə 1:1, birində 2:2 hesabına təsadüf olunub.
Ölkə çempionatları tarixində bir dəfə 0:0 hesabı daha gec qeydə alınıb. Bu, 2003/2004-cü il mövsümünə təsadüf edib. Həmin vaxt ilk qolsuz matç VI turda gerçəkləşib. 2018/2019-cu və 2019/2020-ci il mövsümlərində isə ilk 0:0 hesabı indiki kimi V tura təsadüf edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]
Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb
- 20.04.2024 [12:39]
Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub
- 20.04.2024 [11:58]