İDMAN


Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib

Bakı, 18 oktyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında - oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.

Turun ikinci günündə iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcəklər.

Turun maraqla gözlənilən qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” (7 xal), “Səbail” (6 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.