İDMAN
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşib
Bakı, 23 noyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında – noyabrın 26-da “Kəpəz” klubu “Qəbələ”ni qəbul edəcək. Günün ikinci görüşündə “Neftçi” klubu “Keşlə” ilə qarşılaşacaq.
Turun ikinci günündə isə “Sumqayıt” və “Səbail” klubları üz-üzə gələcəklər. Turun sonuncu qarşılaşmasında “Qarabağ” səfərdə “Zirə”nin qonağı olacaq.
Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (12), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
- 29.03.2024 [14:11]
Bakı kəndləri arasında futbol turniri başlayır
- 29.03.2024 [13:36]