İDMAN


Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşib

Bakı, 15 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında – noyabrın 17-də “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək.

Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.

Noyabrın 19-da isə “Neftçi” və “Qəbələ” klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, turnir cədvəlinə 25 xalla “Qarabağ” başçılıq edir. “Zirə” klubu 24 xalla ikinci pillədədir. İlk üçlükdə isə 22 xalla “Qəbələ” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (16), “Neftçi” (13 xal), “Səbail” (9), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.