İDMAN
Azərbaycan Premyer Liqasının XII turunun simvolik komandası müəyyənləşib
Bakı, 28 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 28-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun simvolik komandası açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, “İnStat” şirkətinin təhlili əsasında simvolik “11-lik”də “Qəbələ”nin 4, “Zirə”, “Neftçi” və “Qarabağ”ın hərəyə 2, “Sabah”ın isə 1 futbolçusu yer alıb.
Komandada Səlahət Ağayev (“Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Voislav Stankoviç (“Qəbələ”), Yakub Jezniçak (“Qarabağ”), Abbas Hüseynov (“Qarabağ”), Ceyms Adeniyi (“Qəbələ”), Emin Mahmudov (“Neftçi”), İlkin Muradov (“Zirə”), Bilal Həmdi (“Zirə”), Cavid İmamverdiyev (“Sabah”) və Stiven Monroz (“Qəbələ”) yer alıblar.
Həmçinin Azərbaycan Premyer Liqasının XII turunun ən yaxşı futbolçusunun adı açıqlanıb.
“İnStat”ın təhlilinə əsasən, bu, “Qəbələ”nin yarımmüdafiəçisi Ceyms Adeniyidir.
Nigeriyalı yarımmüdafiəçi “Keşlə”yə qarşı keçirilən oyunda 1 qolun müəllifi olub. Həmçinin Adeniyi turun ən yüksək indeksə malik olan futbolçusudur.