İDMAN


Azərbaycan Premyer Liqasının XVIII turunun rəmzi komandası açıqlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında müəyyənləşən rəmzi komandaya “Keşlə”dən 7, “Qarabağ”dan 3 və “Neftçi”dən bir futbolçu düşüb.

Simvolik heyətdə Stanislav Namaşko (“Keşlə”), Anton Krivotsyuk (“Neftçi”), Bədavi Hüseynov (“Qarabağ”), Miyusko Boyoviç (“Keşlə”), Cabir Əmirli (“Keşlə”), Abdulla Zubir (“Qarabağ”), Con Kamara (“Keşlə”), Pərviz Azadov (“Keşlə”), Şahrux Qadoyev (“Keşlə”), Mahir Emreli (“Qarabağ”) və Aleksandr Kristovao (“Keşlə”) yer alıblar.

Qeyd edək ki, 18 turdan sonra turnir cədvəlinə 41 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 33 xal olan “Neftçi” ikinci, 29 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (20), “Səbail” (19) və “Qəbələ” (13) yer alıblar.

Turun növbəti oyunları fevralın 29-da və martın 1-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.