İDMAN
Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 12 fevral, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasının XVII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, fevralın 16-da saat 15:00-da başlayacaq “Keşlə”–“Sumqayıt” qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Həmin gün saat 17:30-da start götürəcək “Zirə”–“Neftçi” görüşünün baş hakimi Səbuhi Bayramov olacaq.
Fevralın 17-də saat 15:00-da başlayacaq “Səbail”–“Sabah” matçının idarə olunması Rəvan Həmzəzadəyə həvalə edilib. Saat 17:30-da start götürəcək turun sonuncu görüşündə - “Qarabağ”–“Qəbələ” oyununda baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Turun bütün görüşləri “CBC Sport” televiziyasında birbaşa yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [18:27]
Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir
- 20.04.2024 [17:49]
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
- 20.04.2024 [17:31]
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
- 20.04.2024 [16:57]
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
- 20.04.2024 [15:19]
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
- 20.04.2024 [14:45]
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
- 20.04.2024 [14:07]