İDMAN


Azərbaycan Premyer Liqasının XVI turunun hakimləri müəyyənləşib

Bakı, 5 fevral, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun hakimləri müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, tura fevralın 9-da saat 16:00-da “Əlincə Arena”da “Sabah”–“Qəbələ” görüşü ilə start veriləcək. Görüşü Səbuhi Bayramov idarə edəcək.

Həmin gün keçiriləcək “Sumqayıt”–“Qarabağ” oyunun baş hakimi Orxan Məmmədov olacaq. “Kapital Bank Arena”da keçiriləcək qarşılaşma 18:30-da başlayacaq.

Fevralın 10-də “Bakcell Arena”da oynanılacaq “Neftçi”–“Keşlə” matçına əsas referi İnqilab Məmmədov təyin edilib.

Turun “Bayıl Arena”da stadionunda keçiriləcək sonuncu qarşılaşmasında - “Səbail”-“Zirə” görüşündə baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.