İDMAN


Azərbaycan Premyer Liqasının XXIII turuna yekun vurulub

Bakı, 17 aprel, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 47-ci dəqiqəsində çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. Oyunun 74-cü dəqiqəsində Mirabdulla Abbasov ikinci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.

Bu nəticə ilə “Neftçi” xallarını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. “Zirə” isə 32 xalla 4-cü pillədə qalıb.

Qeyd edək ki, günün ilk matçında “Keşlə” evdə “Sabah”la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə “Qarabağ” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” isə doğma meydanda “Qəbələ”yə 2 cavabsız qolla qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.