İDMAN


Azərbaycan Premyer Liqasının XXVII turunun təqvimi açıqlanıb

Bakı, 6 may, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turunun təqvimi açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, görüşlər eyni gündə və eyni saatda keçiriləcək. Mayın 15-də start götürəcək turda “Səbail” – “Qarabağ” oyunu “ASCO Arena”da keçiriləcək. Digər görüş “Bank Respublika Arena” stadionunda “Sabah” və “Sumqayıt” arasında baş tutacaq.

Turun növbəti iki görüşündə “Şamaxı” komandası “Qəbələ” klubunu, “Zirə” isə “Neftçi”ni qəbul edəcək. Qarşılaşmalar müvafiq olaraq Şamaxı şəhər və Zirə Olimpiya İdman Kompleksinin stadionlarında baş tutacaq.

Turun 3 matçı “CBC Sport” telekanalı, "cbcsport.az" və Peşəkar Futbol Liqasının yutub kanalı vasitəsilə canlı yayımlanacaq.

İyirmi altı turdan sonra turnir cədvəlinə 60 xalla bir oyun az keçirən “Qarabağ” klubu başçılıq edir. Xatırladaq ki, 25-ci turda ağdamlılar vaxtından əvvəl çempionluğunu təmin edib. Əlli xal toplayan “Neftçi” ikinci, 43 xalı olan “Zirə” üçüncü, ondan iki xal az toplayan “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (39), “Şamaxı” (21), “Sumqayıt” (18) və “Səbail” (15) klubları qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.