İDMAN


Azərbaycan Premyer Liqasının altıncı turuna yekun vurulub

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycan Premyer Liqasının altıncı turu "Qəbələ" - "Neftçi" oyunu ilə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda Qəbələ şəhər stadionunda keçirilən matçı baş hakim Fariz Yusifov idarə edib.

Görüşün dördüncü dəqiqəsində "Qəbələ"nin oyunçusu Stiven Jozef Monroz hesabı açıb. Oyunun 40-cı dəqiqəsində Baqali Dabo meydan sahiblərinin ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesablada yekunlaşıb.

Matçın ikinci hissəsində "Neftçi" klubu istəyinə nail olub. Oyunun 48-ci dəqiqəsində paytaxt təmsilçiləri Namiq Ələsgərovun vurduğu qolla hesab arasındakı fərqi minimuma endirib. Oyunda başqa qol vurulmayıb. Görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə altıncı turun yekun oyunundan sonra "Qarabağ" 15 xalla turnir cədvəlində liderdir. "Zirə" klubu 15 xalla ikinci, "Qəbələ" isə 14 xalla üçüncü pillədədir. Turnir cədvəlində komandalar müvafiq olaraq "İnter" (8 xal), "Sumqayıt" (7 xal), "Səbail" (6 xal), "Neftçi" və "Kəpəz" hərəyə bir xalla sonuncu yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.