İDMAN


Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi müəyyənləşib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, üç günü əhatə edəcək tura avqustun 21-də “Sumqayıt”-“Keşlə” oyunu ilə start veriləcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 18:30-da başlayacaq.

Günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Səbail”i qəbul edəcək. “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 20:30-da start götürəcək.

Turun üçüncü oyunu avqustun 22-də “Azərsun Arena”da “Qarabağ” və “Sabah” komandaları arasında olacaq. Matç saat 20:00-da başlayacaq.

Premyer Liqanın birinci turuna avqustun 23-də saat 19:00-da başlayacaq “Qəbələ”-“Zirə” matçı ilə yekun vurulacaq. Görüş Qəbələ şəhər stadionunda oynanılacaq.

Qeyd edək ki, hər il olduğu kimi Premyer Liqanın bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.