İDMAN


Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasının səkkizinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyunu “ASCO Arena”da oynanılıb. “Səbail” öz meydanında “Sumqayıt”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk topu 47-ci dəqiqədə Peyman Babayi vurub. Uzatma dəqiqələrində isə Elvin Cəfərquliyev yekun nöqtəni qoyub.

“Sumqayıt” bu qələbə sayəsində xallarını 10-a çatdırıb və “Zirə”ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib.

“Gənclik şəhəri” təmsilçisi eyni xala malik “Səbail”dən yalnız şəxsi göstəricilərdə geri qalır.

Qeyd edək ki, turun ilk 3 oyununda “Qəbələ” “Qarabağ”la, “Keşlə” “Sabah”la heç-heçə edibsə, “Neftçi” “Zirə”yə böyük hesabla qalib gəlib - 3:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.