İDMAN


Azərbaycan Premyer Liqasının yeni mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 5-də start götürəcək futbol üzrə Misli Premyer Liqasının 2022/2023-cü il mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən AFFA-ya göndərilib.

FIFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24-də isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.