İDMAN


Azərbaycan Premyer Liqasının yeni mövsümünün startı ilə bağlı AFFA-ya təkliflər verilib

Bakı, 30 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, AFFA-nın İcraiyyə Komitəsinin iyunun 18-də keçirilən iclasında 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması barədə qərar qəbul edilmişdi. Qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən İşçi Qrup yaradılıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun sədri seçilib. Qrupda Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən Cahangir Həsənzadə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və Peşəkar Futbol Liqasının (PFL) texniki idman şöbəsinin müdiri Elgiz Abbasov yer alıblar.

İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim ediblər. İşçi Qrupun təklifi AFFA tərəfindən PFL-ə təqdim olunub.

PFL-in bu barədə qərarının qəbulundan əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.