SİYASƏT


Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

Azərbaycan Prezidenti: Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır

Bakı, 8 dekabr, AZƏRTAC

Albaniya ilə əlaqələrimiz güclənir və yeni imkanlar yaranır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 8-də Albaniyanın Baş naziri Edi Rama ilə təkbətək görüşündə səsləndirib.

Dövlətimizin başçısı Albaniyaya səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Edi Ramaya təşəkkür edib. “Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər”, - deyən Prezident İlham Əliyev rəsmi səfərinin nəticələrini olduqca müsbət dəyərləndirib.

Tiranada səfirliyimizin açılmasını əməkdaşlığımızın vacib bir əlaməti adlandıran Azərbaycan Prezidenti deyib: “Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.