SİYASƏT


Azərbaycan Prezidenti: Biz münaqişədən sonrakı dövrün ağrısız keçməsi əzmindəyik və ümumi səylərimizlə buna nail olacağıq

Bakı, 20 iyul, AZƏRTAC

Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışıb.

Dövlətimizin başçısı deyib: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.