SİYASƏT


Azərbaycan Prezidenti: Biz təklif etdik ki, hər iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar

Bakı, 6 oktyabr, AZƏRTAC

Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.

“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.