SİYASƏT


Azərbaycan Prezidenti: Bu gün biz yeni, ancaq xoş çağırışlarla üzləşirik

Bakı, 5 oktyabr, AZƏRTAC

Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması kimi xoş çağırışlardır. Həmin insanlar buna layiqdirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Keçmiş məcburi köçkünlərin uzun illər boyu çətin şəraitdə yaşadıqlarını bildirən dövlətimizin başçısı deyib: “Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə öz minnətdarlıqlarını bildirir və hər dəfə deyirdilər ki, bizi öz torpaqlarımıza qaytarın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.