SİYASƏT


Azərbaycan Prezidenti: Ermənistanın Moskva anlaşmasını pozması onların niyyətinin vaxt qazanmaq olduğunu göstərir

Bakı, 14 oktyabr, AZƏRTAC 

Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti, sadəcə olaraq, vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikri “Haber Türk” televiziya kanalına müsahibəsində Moskva anlaşmasının mahiyyətini və Ermənistanın niyyətlərini şərh edərkən söyləyib.

Moskva anlaşmasında Azərbaycanı qane edən məqamlar barədə danışan dövlətimizin başçısı deyib: “Bizim maraqlarımıza cavab verən maddələr bizi təmin etdi. Onu da bildirməliyəm ki, Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, bizim üçün məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bizim bundan xəbərimiz yox idi. Bizim Xarici İşlər nazirimiz Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi. Təbii ki, mənimlə əlaqə saxlanıldı və biz müntəzəm olaraq əlaqədə idik. Mən bizim şərtlərimizi demişdim və o şərtlərdən kənarda hər hansı bir razılaşma mümkün deyildi”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.