Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

AZƏRTAC xəbər verir ki, Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 29 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.

Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir.

Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

X X X

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldilər.

Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndi.

X X X

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etdilər.

X X X

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB VİDEO

Balkan ölkələrində meşə yanğını ilə mübarizə davam edir

Beynəlxalq Valyuta Fondu: İsveç kronu lazımi qədər qiymətləndirilməmiş valyutadır

Qazaxıstan Çinlə birlikdə Ayda stansiya tikəcək

Süveyş kanalının illik gəliri iki milyard dollar azalıb

Fransa Milli Assambleyasına yeni sədr seçilib

XİN: Makronun Azərbaycana qarşı qərz nümayiş etdirməsi regionda gərginlik yardır

ŞKTC parlamentinin spikeri: Türkiyə olmasaydı, Xocalıda olanlar Kiprdə də baş verərdi

Ağstafada 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Rəşad Sadıqov: Təəssüflər olsun ki, qırmızı vərəqə aldıqdan sonra matçın taleyi dəyişdi

“Şerif”in baş məşqçisi: Əsas odur ki, Moldovaya qələbə ilə qayıdırıq

“Zirə” penaltilər seriyasında “Şerif”ə məğlub olaraq Avropa Liqası ilə vidalaşıb  YENİLƏNİB 8

Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etnocaz konserti

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Almaniyanın Kansleri Olaf Şolts ilə görüşüb YENİLƏNİB VİDEO

“ANAMA”nın icraçı prodüseri: Çəkilişlərdə ən təsirli məqam vaxtilə yurd-yuvalarından didərgin düşən minaaxtaranlarla bağlı oldu

Banqladeşdə işsizliklə əlaqədar keçirilən etiraz aksiyalarında 16 nəfər ölüb

Azərbaycan ilə İsveçrə arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Nadir Mehdiyev: “ANAMA” filmi tamaşaçılara minatəmizləyənlərin həyatına yeni nöqteyi-nəzərdən baxmağa imkan verir

Tayvanda rezin zavodunda güclü yanğın baş verib VİDEO

Avropa Universitet Oyunları: Azərbaycan karateçisi qızıl medal qazanıb

“ANAMA” sənədli filminin təqdimatı keçirilib

Türkiyə Futbol Federasiyasının yeni prezidenti məlum olub

Prezident İlham Əliyev Oksfordda Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib

2020-ci ilin noyabrından bu günə qədər 148 min hektar ərazi minalardan təmizlənib

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 70 faizi keçmiş təmas xəttindən kənar ərazilərdə baş verib

Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Prezident İlham Əliyev: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

Prezident: Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq

Prezident İlham Əliyev: Strateji tərəfdaşlıq Avropaya qaz təchizatımızın ikiqat artırılmasını nəzərdə tutur

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

® “Bakcell”dən eksklüziv təkliflə smartfon al

Naxçıvanda ət satışı məntəqələrində yararsız məhsullar aşkar olunub

Çay və lavanda plantasiyasının genişləndirilməsinə 30 min manat güzəştli kredit verilib

Türk Dövlətləri Təşkilatı ölkələri arasında “OTS-Made” məsələlərinə dair iclas keçirilir

Avropa Liqası: “Zirə” və "Şerif" komandalarının start heyətləri açıqlanıb

Trampa qarşı sui-qəsdə cəhd göstərən gənc Britaniya Kral ailəsini də araşdırıb

AZAL Bakı-Düşənbə-Bakı aviabiletlərinin satışına başlayıb

Azərbaycan və Monteneqroda basketbolun inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb

“Din araşdırmaları” jurnalının növbəti nömrəsi oxuculara təqdim edilib

Sumqayıtda sahibsiz iti öldürən şəxs cərimə edilib

Çağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Mərkəzlə tanışlıq olub

Kukla Teatrı cari mövsümünü uğurla başa vurub

Andrey Yatskin Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB PA müşahidə missiyasının koordinatoru təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb YENİLƏNİB VİDEO

Mahir Emrelinin Almaniya klubuna keçidinin yubanmasının səbəbi bəlli olub

“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Şəkidə vətəndaşların müraciətlərini dinləyib

Türkiyədə normadan yüksək olan temperaturun daha da artacağı proqnozlaşdırılır

Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib

Xətai rayonunda iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin inkişaf imkanları müzakirə edilib

Paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

UNEC-də çinli tələbələr üçün yay məktəbi təşkil olunub

“Qarabağın incisi – Şuşa” kitab-albomu və “Azadlıq” romanı Bosniya və Herseqovinada təqdim olunub

“Armani” lüks malları və “Dior” brendi ilə bağlı təhqiqat başlanılıb

Mikayıl Müşfiq küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bu il qəbul edilən dövlət standartlarının sayı 2 dəfəyədək artıb

İcraçı direktor: Beynəlxalq Azadlıq Cəbhəsi müstəmləkəçiliklə mübarizədə yeni platforma olacaq

Beynəlxalq Azadlıq Cəbhəsinin saytı istifadəyə verilib

Bakının mərkəzində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb

Daxili işlər naziri Quba rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Qravitasiya təsiri sayəsində yeni neytron ulduzları tapılıb

“Yuventus” Fransa millisinin futbolçusu ilə yollarını ayırıb

Sosial işçilər üçün UNICEF ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilir

Zabratda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlanıb

“Sözün Vətəni – Qarabağ” poeziya saatında tanınmış və gənc şairlər şeirlərini oxuyublar

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb YENİLƏNİB VİDEO

Jan-Jakob Bisep: Fransa bəşəriyyətə qarşı cinayətlər üzrə “çempion”dur

Muzeyin yeni ekspozisiyasında qadın təsvirini əks etdirən antropomorf qab təqdim edilir

Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb YENİLƏNİB VİDEO

Mikael Forrest: Bu gün Fransa kolonializmindən əziyyət çəkənlər üçün yeni səhifə açılır

Bakıda Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması ilə bağlı Bəyannamə imzalanıb

Ursula Fon der Lyayen müdafiə üzrə yeni komissar təyin edəcək

İtaliya Qəzzaya 60 tondan çox humanitar yardım göndərib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib YENİLƏNİB-2 VİDEO

Sədr müavini: İlin sonunadək daha 5 regionda “KOB Fest”lərin təşkilini planlaşdırırıq

Nitsada yaşayış binasında yanğın: uşaqlar daxil olmaqla 7 nəfər həlak olub

Lefkoşada Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Tovuzda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb

BANM-in tələbəsi ABŞ-da keçirilən simpoziumda iştirak edəcək

Zarina Təhməzova: Əsas məqsədlərimizdən biri Azərbaycanda peşə təhsilinə marağın artırılmasıdır

Ursula Fon der Lyayen yenidən Avropa Komissiyasının Prezidenti seçilib

ANAMA-nın kollektivi Ulu Öndərin məzarını ziyarət edib

Azərbaycanda hotelçilər üçün təlimlərə başlanılıb

AMB: Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı qiymətləndirmələrə başlanacaq

Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Paris-2024”: Azərbaycan cüdoçularının görüşlərinin təqvimi müəyyənləşib

Kir Starmer: Britaniya Avropa İnsan Hüquqları Konvensiyasından heç vaxt çıxmayacaq

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Sorğu: Amerikalıların 70 faizi Baydenin istefa verməsini istəyir

Naxçıvanda seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib VİDEO

Şuşada “Füzuli hücrələri”

Yaponiyanın Honşu adasının şimalında 6,1 bal gücündə zəlzələ olub

Akademik Milli Dram Teatrında “İblis və...” tamaşasına daxili baxış keçirilib

Layihə rəhbəri: Bakıda təşkil olunan aşpazlıq yarışması beynəlxalq arenalara çıxış imkanıdır

Gürcüstanın yeni baş prokuroru müəyyənləşib

Vyetnam Prezidenti müvəqqəti olaraq Kommunist Partiyası rəhbərinin səlahiyyətlərini icra edəcək

Dünya Bankı: Qərbi Balkan ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 34 milyard avro sərmayə qoymalıdır

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib  YENİLƏNİB

Daşkənddə Amerika Texnologiya Universiteti açılacaq