RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın daxili işlər nazirini qəbul etmişdirVIDEO

Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Əfqanıstanın daxili işlər naziri Qulam Mustafa Patangı qəbul etmişdir.

Daxili işlər naziri Qulam Mustafa Patang Əfqanıstan Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirildi, ölkələrimizin müxtəlif sahələrdə yaxşı əməkdaşlıq etdiyi vurğulandı. Bu əməkdaşlığın daxili işlər orqanları arasında da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırıldı. Nazir Qulam Mustafa Patangın Azərbaycana səfəri zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik ifadə edildi.

Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin