RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür VİDEO

Strasburq, 24 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının baş katibi Torbörn Yaqland ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olundu.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən demokratik inkişaf prosesləri və bu sahədə aparılan islahatlar barədə məlumat verdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin