Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib YENİLƏNİB 3 VİDEO

Nyu-York, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirin aparıcısı, İndoneziyanın BMT yanında daimi nümayəndəsi Dian Triansyah Djani dedi: İndi isə, Assambleya Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevin çıxışını dinləyəcək.

Protokoldan xahiş edirəm ki, Zati-alilərini müşayiət etsin.

Baş Assambleya adından, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Heydər oğlu Əliyevi salamlamaqdan şərəf hissi duyuram və onu Assambleya qarşısında çıxış etməyə dəvət edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış etdi.

Prezident İlham Əliyevin 
çıxışı

-Cənab sədr.

Xanımlar və cənablar,

25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.

Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.

Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir.

Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir.

İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.

Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.

Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.

Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.

Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.

Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini - 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir.

2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunmalıdır. Ermənistan işğalının yaratdığı böyük çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə və uğurla inkişaf edir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının fəal üzvüdür.

2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin tam əksəriyyəti Azərbaycana və onun siyasətinə öz dəstəyini nümayiş etdirdilər. Həmin vaxt cəmi 20 yaşı olan ölkə üçün bu, böyük nailiyyət oldu. Azərbaycan müasir, sabit və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətimizin əsas prioritetlərindəndir. Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.

Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur.

Ərazisində demək olar ki, milli azlıqlar olmadığı, monoetnik ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir, cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi böyük sərvətimizdir. İslamofobiyanı pik həddinə çatdırmış Ermənistan işğal olunmuş ərazilərdə bütün məscidlərimizin dağıdılması kimi bir çox vandalizm aktlarını törətmişdir.

Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar.

İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verdi. “Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir.

2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. 50 ölkədən gəlmiş 6000 atlet həmin Oyunlarda iştirak etdi. 2017-ci ildə Azərbaycan 54 ölkəni təmsil edən təxminən 3000 idmançının iştirakı ilə dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi.

İki il ərzində paytaxtımız Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin təşviq edilməsinə böyük töhfə oldu. Azərbaycan yığması birinci Avropa Oyunlarında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında isə birinci yeri tutdu. Bu, göstərir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir. İdman nailiyyətlərimizin digər sübutu Azərbaycanın “Rio 2016” Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yeri tutması oldu. Bütövlükdə, Azərbaycan 18 medal qazandı.

Azərbaycan sosial və iqtisadi sahələrdə böyük inkişafa nail olub.

2004-cü ildən başlayaraq Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox artmış, ölkəmizdə 1 milyon 600 mindən artıq iş yeri açılmışdır. İşsizlik səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir – 5 faiz. Prioritetlərimizdən biri yoxsulluğun azaldılması idi. 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq idi. İndi bu, cəmi 5-6 faizdir. Nağd valyuta ehtiyatlarımız ölkənin ÜDM-nə bərabərdir. Xarici dövlət borcu ÜDM-in 20 faizindən azdır.

2009-cu ildə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilmişdir. Davosun Dünya İqtisadi Forumunun “2016-2017-ci illər üzrə qlobal rəqabətə davamlılıq hesabatında” Azərbaycan 138 ölkə sırasında 37-ci yer tutmuşdur.

2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir.

Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, 2 telekommunikasiya və yer səthinin müşahidəsi peykləri – “Azerspace” və “Azersky” və bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan üçüncü peyk ölkəmizin dünya kosmik klubunun üzvləri sırasına daxil olmasını mümkün etdi.

Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” ictimai münasibətlərin və xidmətlərin müasir modelidir.

Eyni yerdə 251 xidmətin göstərilməsi, tam şəffaflıq, korrupsiya və rüşvətxorluğun sıfıra endirilməsi “ASAN xidmət”i bir çox ölkələr üçün cəlbedici edib.

Sırf Azərbaycan brendi olan “ASAN xidmət” yaradıldığı gündən ötən 5 il ərzində 5 milyon insana 1 milyon 600 min xidmət göstərib. Müraciətlərin ümumi sayı 17 milyona çatıb. “ASAN xidmət”in ictimaiyyət tərəfindən bəyənilməsi 98 faiz təşkil edir.

2015-ci ildə dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmağına görə “ASAN” Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti Mükafatına layiq görülmüşdür.

Siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar isə 8,2 dəfə artmışdır.

Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir.

Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.

Digər mühüm prioritet nəqliyyatdır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir.

Son illərdə Azərbaycanda 6 beynəlxalq hava limanı tikilmiş, 11 min kilometr müasir şosse və yollar çəkilmişdir. Xəzər dənizində Azərbaycanın 270 gəmidən ibarət ən iri ticarət donanması var.

Azərbaycanda müasir gəmiqayırma zavodu bütün növ və ölçüdə gəmiləri tikməyə qadirdir. Azərbaycan özünün dəmir yol infrastrukturunu müasirləşdirir. Ərazimizin tam əksəriyyəti dəmir yolları ilə əhatə olunur.

Gələn il biz Xəzər regionunda ən iri beynəlxalq dəniz ticarəti limanını istismara verəcəyik.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.

Sonda bildirmək istərdim ki, ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.

Sağ olun.

X X X

Baş Assambleyanın sədri Miroslav Layçak: Azərbaycan Respublikasının Prezidentinə çıxışına görə Baş Assambleya adından təşəkkürümü bildirirəm.

X X X

Sessiyada çıxış edən Finlandiya Prezidenti Sauli Niinisto terrorizmlə mübarizənin ümumi prioritet olduğunu dedi, dünyada gedən demoqrafik proseslərdən danışdı. O, ətraf mühitin qorunmasının, bərpa olunan enerji mənbələrinin və gender bərabərliyinin əhəmiyyətinə toxundu.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxışında qeyd etdi ki, beynəlxalq birlik terrorizm və ekstremizm ilə mübarizədə daha fəal olmalıdır, yalnız bu halda bu təhdidlərin qarşısını almaq mümkündür. O, regional inteqrasiya, iqlim dəyişikliyi, dayanıqlı inkişaf üçün biosferin qorunmasının vacibliyindən danışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib  YENİLƏNİB 3 VİDEO

Vətən Müharibəsi Qəhrəmanı: İndi azad olan o yerləri ziyarət etmək arzum var

Azərbaycan və İraq FM radio yayımları ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır

Xəqani küçəsində restoranda baş vermiş yanğın söndürülüb -  YENİLƏNİB VİDEO

Moskvada Azərbaycanın üzümçülük məhsulları təqdim olunub

Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Veysəloğlu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

Folklor İnstitutu illik hesabatını təqdim edib

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib  YENİLƏNİB

“Arbitraj haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri üzrə tədqiqatlar aparılır

İmişlidə qanunsuz tikili sökülüb VİDEO

Aşpaz ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçilib

Cozef Baydenin oğlu vergidən yayınmaqda ittiham edilir

® “Bakcell” dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Professor Qəzənfər Kazımovun yeni monoqrafiyası çap olunub 

İƏT-in Baş katibi təşkilata üzv ölkələrin universitetlərinə müraciət edib

Abşeron yarımadasının bəzi yerlərində intensiv yağış gözlənilir

ATMU-nun nümayəndələri beynəlxalq forumda turizm sahəsində təhsilin rolundan danışıblar

Komitə sədri: Azərbaycanda bir dəfə də olsun dini zəmində toqquşma görməmişik

Avropa və Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçilər bəlli olub

BDU-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş dəyirmi masa 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib

Sədr: "Kapital Bank"ın Azərbaycanda hər hansı bankı almaq fikri yoxdur

Üç il ərzində "YAŞAT" Fonduna kredit və borc öhdəliklərinin qarşılanması ilə əlaqədar 2 min 300 müraciət daxil olub

Azərbaycan reytinqdə öndə olan ölkələrin rəqəmsal hökumət təcrübəsini öyrənir

Qərbi Azərbaycan kəndləri – Çimənkənd

Hərbçilərimizin azad olunması Prezidentimizin heç bir azərbaycanlını diqqətdən kənarda qoymadığını bir daha göstərdi - RƏY

Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək

Kirayə mexanizmi çərçivəsində daha 232 yeni mənzil vətəndaşlara təqdim edilir

"YAŞAT" Fondu tərəfindən 111 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi həyata keçirilib

Vüqar Qurbanov: Qızılcaya yoluxanların evdə özlərinin bildikləri kimi müalicə etmələri düzgün deyil

Rəqabət Məcəlləsi haqqında qanun layihəsi təsdiqlənib

Rövnəq Abdullayev: Ənənəvi iqtisadi mexanizmlərin əvəzlənməsi strateji hədəflərdən biridir

Milli Məclisin Mədəniyyət komitəsinin yeni sədri müəyyənləşib

Şuşada "Kapital Bank"ın filialı açılacaq

Kişineuda Azərbaycan və Moldovanın kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Gənclər Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi çərçivəsində növbəti təqdimat

Zahid Oruc: Qırx dörd gündə Prezidentin çağırışına verilən milyonlarla səs ümumxalq referendumu idi

“Qarabağ”ın sabiq futbolçusu: Ağdam klubu Avropa Liqasının yarımfinalına kimi getmək gücündədir MÜSAHİBƏ

Bu günədək 185 nəfər "YAŞAT" Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

İcma: Amerikalı konqresmenlər bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər

Bu il 4 mindən çox yaralının müalicə xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb

“Kapital Bank” “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manatlıq hissəsini əldə edib

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir

Fərid Hüseynov: “Kapital Bank” müştərilərinə 2 milyon yarım kart təqdim edib

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları bəlli olub

Sədr: İlin sonuna “Kapital Bank”ın mənfəətinin 200 milyon manat olacağı gözlənilir

® “Maserati Grecale” Bakıda: Lüks avtomobillər dünyasında mükəmməllik və innovasiyanın təkamülü - FOTO

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün keçirilən rəqəmsal transformasiya üzrə təlim yekunlaşır

"YAŞAT" Fondu: Bu il məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 720 min 400 manat vəsait xərclənib

Bu gün Şahdağ Milli Parkının yaranması günüdür

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Üç il ərzində "YAŞAT" Fonduna 235 minə yaxın müraciət daxil olub

İsrail ordusu Qəzzada yerüstü əməliyyatlar zamanı 91 hərbçisini itirib

ADRA “İlin ən aktiv tərəfdaşı” nominasiyası üzrə qalib olub

UNEC-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə həsr olunmuş sərgi

“Heydər Əliyev və Azərbaycan dili” - tədbir

"YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 79 milyon manatdan çox vəsait xərclənib

Sahibə Qafarova: Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar

Gənclər və könüllülər Ulu Öndərin qiymətli tövsiyələrini peşəkar inkişaflarında daim rəhbər tuturlar

Uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin diplomuna layiq görülüblər

A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi şagirdlərinin növbəti uğuru

® “CityNet”in əsas tərəfdaşlığı ilə “GameSummit” festivalı keçiriləcək

BDU-da türkiyəli deputatla görüş

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Milli Məclisdə 22 məsələnin müzakirəsinə başlanılıb

Məşhur Hollivud aktyoru Aya səyahət şousunu təqdim edib

Gələn il Ağdam Sənaye Parkında 10-a yaxın müəssisənin açılışı planlaşdırılır – EKSKLÜZİV VİDEO

Salyanda Xalq şairi Məmməd Arazın 90 illiyi qeyd edilib

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək

Naxçıvanda oftalmologiyaya həsr olunmuş regional konfrans və tibbi aksiya keçirilir

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımı göndərib

Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku əsaslı təmir olunub

“Azeri Light” markalı neft ucuzlaşıb

Dünya birjalarında neft bahalaşıb

Nizami rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

FHN: Ötən sutka ərzində 16 yanğına çıxış olub

Fazilə Rəcəbova və Yelena Suvorovanın “Canlanan daşlar” sərgisi

® HONOR X9b - Heyrətləndirmək üçün yaradılmışdır VİDEO

Bu gün Xalq artisti Mərziyə Davudovanın doğum günüdür

GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb

® "Baku Steel Company" QSC rəqəmsallaşma sahəsində dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır

AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib

Türkiyə XİN Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılıqla bağlı açıqlama verib

İraqda tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələləri müzakirə olunub

Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı RƏY

Yardımlıda narkotacirlərdən 10 min ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb VİDEO

Dünyaya səs salan Zəfər paradı

Bakının hazırda sıxlıq müşahidə edilən küçə və prospektlərinin SİYAHISI

Nazirlik: Vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir

Kişineuda Azərbaycan filminin təqdimatı olub