RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir

Bakı, 9 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralini qəbul etmişdir. 

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında 20 illik əlaqələrin inkişafından məmnunluq ifadə edildi, ölkəmizlə əməkdaşlığın böyük potensiala malik olduğu və Dünya Bankının bu əməkdaşlığı daha da dərinləşdirilməkdə maraqlı olduğu vurğulandı, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi uğurların önəmi qeyd edildi.

Görüşdə, həmçinin infrastruktur, bərpa olunan enerji, içməli su təminatı, su ehtiyatları və suvarma sistemləri, Xəzər dənizindən suvarma məqsədi ilə istifadə, müasir texnologiyaya əsaslanan kənd təsərrüfatı müəssisələrinin yaradılması, yerlərdə sahibkarlığın inkişafına dəstək, iqtisadiyyatın şaxələndirilməsi, bir sıra sahələrdə islahatların davam etdirilməsi və Azərbaycanın prioritet hesab etdiyi digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin